"Sevilya"nın müdafiəçisi zədələndi: Dünya çempionatından sonra qayıdacaq

16:25 - 4 Noyabr 2022

İspaniyanın "Sevilya" klubunun heyətində ciddi itki baş verib.

 

Sportal.az xəbər verir ki, Əndəlus təmsilçisinin müdafiəçisi Markao sıradan çıxıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

 

Braziliyalı futbolçu Çempionlar Liqası qrup mərhələsinin "Mançester Siti" ilə matçında (1:3) bud nahiyəsindən zədələnib. 26 yaşlı mərkəz müdafiəçisi dünya çempionatından sonra yaşıl meydanlara qayıda biləcək.

 

Qeyd edək ki, "Sevilya" Markaonu mövsümün əvvəlində "Qalatasaray"dan transfer edib. O, komandanın heyətində 7 matçda meydana çıxıb.

Xəbər xətti