Çempionlar Liqasında mübarizəni dayandıran "Atletiko" Dieqo Simeone ilə yollarını ayırmağı planlaşdırır.
Sportal.az xəbər verir ki, Madrid təmsilçisi Simeonedən sonrakı dövr üçün məşqçi namizədini də artıq müəyyənləşdirib.
"Atletiko"nun baş məşqçisi vəzifəsinə əsas namizəd İspaniya yığmasını çalışdıran Luis Enrikedir. 52 yaşlı mütəxəssisin DÇ-2022-dən sonra İspaniya millisini tərk edəcəyi gözlənilir. "Atletiko" rəhbərliyi onu komandanın sükanı arxasında görmək istəyir.
saytlarin hazirlanmasi