Milli komanda dünya çempionatına formasız getdi

18:57 - 15 Noyabr 2022

Qana milli komandası dünya çempionatının keçiriləcəyi Qətərə gedib.

 

Sportal.az xəbər verir ki, Afrika təmsilçisi mundiala formasız gəlib. Yığmanın əməkdaşları uçuşdan əvvəl formaları Qanada unudublar. Hazırda geyimlərin komandanın Qətərdəki bazasına göndərilməsi istiqamətində iş aparılır.

 

Qeyd edək ki, Qana millisi DÇ-2022-də H qrupunda Portuqaliya, Uruqvay və Cənubi Koreya ilə mübarizə aparacaq.

Xəbər xətti