Karyerasını bitirdiyini açıqlayan Jerar Pikeyə cəza verilib.
Sportal.az xəbər verir ki, peşəkar karyerasının son matçında ehtiyat oyunçular skamyasında olan və qırmızı vərəqə görən 34 yaşlı müdafiəçi ilə bağlı qərar verilib. İspaniya Futbol Federasiyasının İntizam Komitəsi tərcübəli futbolçuya 4 oyunluq cəza verib.
Qeyd edək ki, Jerar Pike La Liqanın 14-cü turunun "Osasuna" ilə görüşündə (1:2) hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə görmüşdü. Buna görə də ispaniyalı oyunçu karyerasının son matçında meydana çıxa bilməyib.
saytlarin hazirlanmasi