İspaniyanın "Barselona" klubunun hücumçusu Robert Levandovski sərt cəzaya məruz qalıb.
Sportal.az xəbər verir ki, Kataloniya təmsilçisinin polşalı forvardı La Liqada qarşıdakı üç görüşdə komandasına kömək edə bilməyəcək.
Çempionatın 14-cü turunun "Osasuna" ilə matçında (2:1) ikinci sarı vərəqə alaraq meydandan qovulan 34 yaşlı futbolçu 3 oyunluq cəzalandırılıb. Buna səbəb təcrübəli qolçunun hakimə barmağı ilə jest etməsi olub.
saytlarin hazirlanmasi