Messiyə "birlikdə final oynayacağıq və mən çempion olacağam" dedim"

21:10 - 16 Noyabr 2022

Braziliya milli komandasının futbolçusu Neymar DÇ-2022 öncəsi açıqlama verib.

 

Sportal.az xəbər verir ki, 30 yaşlı hücumçu PSJ-dən komanda yoldaşı olan Lionel Messi ilə dünya çempionatı ilə bağlı söhbət etdiklərini deyib. Neymar söhbət zamanı Braziliyanın çempion olacağını bildirib:

 

"Hər kəsin dünya çempionatı ilə bağlı ümidləri var. Messi ilə mundialla bağlı çox danışmamışıq. Amma ona "birlikdə final oynayacağıq və mən çempion olacağam" dedim. Buna xeyli gülmüşdük".

Xəbər xətti