Argentina millisində şok itkilər: 2 futbolçu mundialı buraxacaq

11:53 - 18 Noyabr 2022

DÇ-2022 öncəsi Argentina milli komandası iki ciddi itki ilə üzləşib.

Sportal.az xəbər verir ki, "İnter"in hücumçusu Xoakin Korrea və "Fiorentina"nın yarımmüdafiəçisi Niko Qonsales zədələnib. Hər iki oyunçu yığmanın mundial heyətindən kənarlaşdırılıb.

Niko Qonsalesi Madrid "Atletiko"sundan Anxel Korrea əvəz edəcək. Xoakin Korreanın yerinə isə "River Pleyt"in forvardı Xose Paradela milliyə dəvət olunacaq.

Qeyd edək ki, dünya çempionatı 20 noyabr - 18 dekabr tarixləri arasında Qətərdə baş tutacaq. Argentina yığması A qrupunda Qətər, Ekvador və Seneqalla mübarizə aparacaq.

Xəbər xətti