FIFA prezidenti Canni İnfantino DÇ-2022 öncəsi təşkil olunan mətbuat konfransında açıqlama verib.
Sportal.az xəbər verir ki, ali futbol qurumunun rəhbəri bir saatlıq çıxışı zamanı Qətərdə insan haqqlarının pozulduğunu iddia edən qərbi riakarlıqda ittiham edib. İnfantino Asiya ölkəsinin turnirə hazır olduğunu bildirib:
"Bu gün çox güclü hisslərim var. Bu gün özümü qətərli kimi hiss edirəm. Bu gün özümü ərəb hiss edirəm. Bu gün özümü afrikalı hiss edirəm. Bu gün özümü cinsi azlıq hiss edirəm. Bu gün özümü əlil hiss edirəm. Bu gün özümü miqrant işçi kimi hiss edirəm.
Mən avropalıyam. Dünyada 3000 ildir etdiklərimizə görə əxlaq dərsi verməzdən əvvəl növbəti 3000 il üçün üzr istəməliyik. Əgər Avropa bu insanların taleyi ilə həqiqətən maraqlanırsa, onlar da Qətər kimi bu işçilər üçün qanuni imkanlar yaratmalıdırlar. Bu birtərəfli əxlaq dərsi sadəcə ikiüzlülükdür. Maraqlıdır, niyə 2016-cı ildən bəri burada əldə edilən irəliləyişləri heç kim görmür?
12 il əvvəl verilən qərarı tənqid edənləri başa düşmək asan deyil. Qətər turnirə hazırdır, bu, indiyə qədərki ən yaxşı dünya çempionatı olacaq. Mən Qətəri müdafiə etmirəm, onlar özlərini müdafiə edə bilərlər. Mən futbolu müdafiə edirəm".
saytlarin hazirlanmasi
