Keyruş İngiltərə ilə matçı məşq adlandırdı

22:40 - 21 Noyabr 2022

İran milli komandasının baş məşqçisi Karlus Keyruş İngiltərə ilə oyundan (2:6) sonra açıqlama verib.

 

Sportal.az xəbər verir ki, 69 yaşlı mütəxəssis ölkədə olan siyasi vəziyyətə görə futbolçuların matça yaxşı köklənə bilmədiklərini deyib:

 

"Futbolçularım ətraflarında olan problemlərə görə oyuna yaxşı köklənə bilmədilər. Belə bir durumda İngiltərəyə 2 qol vurduqları üçün onlarla qürur duyuram. İllər öncə bütün dünyanın dəstəyini aldıq. İndi isə belə bir vəziyyət yoxdur. Ancaq qələbə qazananda bizi dəstəkləyən azarkeşləri istəmirəm. 

 

Bu matç bizim üçün yüksək səviyyədə bir məşq oldu. Hər şey qarşıdadır, 6 xal qazanıb qrupdan çıxa bilərik. Yaxşı dərs aldıq, inkişaf etdirməli olduğumuz məqamları öyrəndik. Bundan sonrakı oyunlarda qələbə qazanmaq üçün savaşacağıq".

Xəbər xətti