Səudiyyə Ərəbistanı milli komandası DÇ-2022-nin qrup mərhələsinin ilk matçında Argentina yığmasını 2:1 hesabı ilə məğlub edib.
Sportal.az xəbər verir ki, matçdan sonra baş tutan mətbuat konfransında baş məşqçi Erve Renar açıqlama verib. Fransız mütəxəssis tarixi qalibiyyət əldə etdiklərini deyib:
"Bu qələbə dünya çempionatının və Səudiyyə Ərəbistanının tarixinə düşəcək. Çox böyük bir gündür. Bəzən futbolda belə möcüzələr olur. Bu matçı 10 dəfə oynasaq, bəlkə də 1 dəfə qalib gələ bilərdik. O da bu günə düşdü.
Əslində birinci hissədə çox pis oynadıq. İkinci hissədə isə enerjimiz yaxşı idi. Hələ qarıda 2 çətin oyunumuz var. Qələbəyə baxmayaraq, qrupdan çıxmaq asan deyil. Sabahdan etibarət ikinci matçımıza köklənməliyik".
saytlarin hazirlanmasi
