Luka Modriç: "Qol vura bilməməyimiz pis oldu"

17:40 - 23 Noyabr 2022

Xorvatiya milli komandası DÇ-2022-nin ilk matçında Mərakeşlə 0:0 hesablı heç-heçə edib.

 

Sportal.az xəbər verir ki, oyundan sonra "damalılar"ın baş məşqçisi Zlatko Daliç açıqlama verib. 56 yaşlı mütəxəssis qrupdan çıxmaq üçün 4-5 xal toplamalı olduqlarını bildirib:

 

"Gözlədiyimiz kimi çətin oyun oldu. Mərakeşin kompakt və yaxşı təşkil olunmuş komanda olduğunu bilirdik. Səhv etməkdən qorxduq. Qrupdan çıxmaq üçün 4 və ya 5 xal toplamağımız lazımdır. Şikayət etməyəcəyik, önümüzə baxacağıq". 

 

Kapitan Luka Modriç də çətin oyun olduğunu bildirib:

 

"Çətin oyun idi, xüsusən də ilk hissədə. Birinci hissənin son 10-15 dəqiqəsində yaxşı oynadıq. İkinci hissədə daha yaxşı idik. Amma qol vura bilməməyimiz pis oldu. Qrupdan çıxmaq üçün qarşıda 2 matçımız var".

Xəbər xətti