Hansi-Diter Flik: "Fərdi səhvlərin cəzasını çəkdik"

21:56 - 23 Noyabr 2022

Almaniya milli komandası DÇ-2022-nin qrup mərhələsinin ilk turunda Yaponiyaya 1:2 hesabı ilə məğlub olub.

 

Sportal.az xəbər verir ki, bundestimin baş məşqçisi Hansi-Diter Flik matçdan sonra açıqlama verib. 57 yaşlı mütəxəssis məğlubiyyətin səbəbini fərdi səhvlərlə əlaqələndirib:

 

"Bu gün fərdi səhvlərin cəzasını çəkdik. Birinci hissədə bir neçə qol epizodunu dəyərləndirə bilmədik. Yaponiyanın müdafiədən hücuma sürətli çıxdığını bilirdik. Bu gün də bunu etdilər. Bu oyunu təhlil edib, İspaniya ilə matça yaxşı hazırlaşacağıq".

Xəbər xətti