"Barselona" ispaniyalını göndərmək istəyir

16:48 - 26 Noyabr 2022

"Barselona" Jordi Alba ilə yollarını ayırmağı planlaşdırır.

 

Sportal.az xəbər verir ki, Kataloniya təmsilçisi ispaniyalı sol cinah müdafiəçisinin maaşı çox olduğu üçün onu göndərmək istəyir. Bu barədə "Mundi Deportivo" nəşri məlumat yayıb. Klubla futbolçu arasında dünya çempionatından sonra danışıqlar olacağı bildirilir.

 

Qeyd edək ki, Jordi Alba "Barselona"nın yetirməsidir. 33 yaşlı futbolçu cari mövsümdə İspaniya klubunun heyətində meydana çıxdığı 12 rəmsi matçda 2 qol ötürməsi ilə yadda qalıb.

Xəbər xətti