Braziliya millisinin futbolçusu Rafinya komanda yoldaşı Neymar haqda danışıb.
Sportal.az xəbər verir ki, "Barselona"da çıxış edən vinger Neymara haqsızlıq edildiyini düşünür. O, braziliyalıların Neymara layiq olmadığını deyib:
"Argentinalılar Messiyə tanrı kimi davranır. Portuqaliyalılar Ronaldonu kral hesab edirlər. Braziliyalılar isə Neymarın ayağının sınmasını istəyir. Həqiqətən də çox məyusedici haldır. Neymarın ən böyük səhvi Braziliyada doğulmasıdır. Bu ölkə Neymarın istedadına layiq deyil".
saytlarin hazirlanmasi
