"Martines istefa qərarını göz yaşları içində bizə çatdırdı"

18:39 - 2 Dekabr 2022

Belçika milli komandası DÇ-2022-nin qrup mərhələsinin son turunda Xorvatiya ilə 0:0 hesablı heç-heçə edərək mundialda çıxışını başa vurub.

 

Sportal.az xəbər verir ki, "qırmızı şeytanlar"ın hücumçusu Mişi Batşuayi matçdan sonra açıqlama verib. 29 yaşlı forvard mundialla erkən vidalaşdıqlarına görə futbolçuların ağladığını deyib:

 

"Bir çox futbolçu paltardəyişmə otağında göz yaşlarına hakim ola bilmədi. Heç birimiz mübarizəni dayandırmağı düşünmürdük. Çox təəccübləndik. Komanda yoldaşlarım ağlayırdı. Bu, bəzi oyunçular üçün sonuncu mundial idi. Dünya çempionatı yoldaşlıq oyunu deyil. Dörd ildən bir keçirilən turnirdə vaxtından əvvəl mübarizəni dayandırırsızsa, peşmanlıq hissinin olmağı normaldır. Baş məşqçi Roberto Martinesin istefa qərarına çox təəccübləndik. O, qərarını göz yaşları içində bizə çatdırdı".

Xəbər xətti