Dani Alveş tarixə düşdü

14:53 - 3 Dekabr 2022

Braziliya yığması dünya çempionatının qrup mərhələsinin III turunda Kamerunla qarşılaşıb.

Sportal.az xəbər verir ki, bu matçda əsas heyətdə meydana çıxan Dani Alveş tarixə düşüb. 39 yaşlı müdafiəçi Braziliya yığması ilə mundiallar tarixində bir oyuna çıxan ən yaşlı futbolçu olub. Təcrübəli oyunçu 39 yaş 210 günlüyündə bu göstəriciyə imza atıb.

Qeyd edək ki, Kamerun - Braziliya matçı afrikalıların qələbəsiylə başa çatıb - 1:0.

Xəbər xətti