FIFA məşhur futbolçulara intizam işi açdı

19:51 - 5 Dekabr 2022

FIFA Uruqvay Futbol Federasiyası və 4 futbolçu ilə bağlı araşdırma başladıb.

 

Sportal.az xəbər verir ki, ali futbol qurumu ölkənin federasiyası və millinin üzvləri Fernando Muslera, Edinson Kavani, Xose Ximenes və Dieqo Qodinlə bağlı intizam işi açıb. Bu barədə FIFA-nın rəsmi saytı məlumat yayıb.

 

Buna səbəb futbolçuların DÇ-2022-nin qrup mərhələsinin Qana ilə matçından sonra baş hakim Daniel Zibertə qarşı kobud davranışları səbəb olub. Bundan əlavə Edinson Kavani matçdan sonra paltardəyişmə otağına gedərkən VAR monitorunu əli ilə aşırıb.

 

Qeyd edək ki, Uruqvay milli komandası DÇ-2022-nin H qrupunda 4 xal toplayıb və mundialla vidalaşıb.

Xəbər xətti