Portuqaliya ilə oyun haqda: "Tarix yazmaq üçün əla fürsətdir"

22:31 - 5 Dekabr 2022

İsveçrə milli komandası DÇ-2022-nin 1/8 final mərhələsində Portuqaliya ilə qarşılaşacaq.

 

Sportal.az xəbər verir ki, qarşılaşmadan öncə keçirilən mətbuat konfransında yığmanın baş məşqçisi Murat Yakın açıqlama verib. Türk əsilli mütəxəssis tarix yazmaq istədiklərini bildirib:

 

"Statistika və keçmiş önəmli deyil. Portuqaliyanı məğlub edə biləcəyimizi sübut etmişik. Hamımız hazırıq. Zədəli futbolçularımız sağalıb. Matçı səbrsizliklə gözləyirik. Çünki, tarix yazmaq üçün əla fürsətdir. İsveçrənin gücünü 1/8 finala yüksələrək göstərdik. Sözün düzü, azarkeşlərimizə daha bir matç izlətmək istəyirik. Penaltilər seriyasına hazırlaşmışıq, amma yalnız buna köklənməmişik. Lazım olsa, bütün komanda buna hazır olacaq".

 

Qeyd edək ki, Portuqaliya - İsveçrə qarşılaşması sabah Bakı vaxtilə saat 23:00-da baş tutacaq.

Xəbər xətti