"Azərreyl"in Almaniya klubu ilə oyunlarının vaxtı və yeri açıqlandı

17:14 - 6 Dekabr 2022

Çelenc kubokunda mübarizə aparan qadın voleybolçulardan ibarət “Azərreyl” klubunun 1/16 final mərhələsində Almaniyanın “VfB SUHL Thüringen" komandasına qarşı keçirəcəyi oyunların yeri və vaxtı dəqiqləşib.

 

Sportal.az xəbər verir ki, iki klub arasında əldə olunan qarşılıqlı razılaşmaya görə hər iki matç Almaniyada baş tutacaq. Dekabrın 14-də və 15-də keçiriləcək görüşlərdə ilk gün təmsilçimiz, ertəsi gün isə rəqib meydan sahibi sayılacaq.

 

Qeyd edək ki, “Azərreyl” 1/32 finalda Slovakiya təmsilçisi “Slaviya”nı mübarizədən kənarlaşdırıb.

Xəbər xətti