Luis Enrike istefaya göndərildi - RƏSMİ

15:48 - 8 Dekabr 2022

Dünya çempionatında 1/8 finalda mübarizəni dayandıran İspaniya milli komandasında baş məşqçi Luis Enrikenin taleyinə aydınlıq gəlib.

 

Sportal.az xəbər verir ki, İspaniya Futbol Federasiyası 52 yaşlı mütəxəssislə yollarını ayırıb. Bu barədə federasiyanın rəsmi saytı məlumat yayıb. Enrike ilə yanaşı onun köməkçilərinin də işinə son verilib.

 

Qeyd edək ki, Luis Enrike 2018-ci ilin iyul ayından İspaniya millisini çalışdırırdı. "Qırmızı furya" DÇ-2022-nin 1/8 final mərhələsində penaltilər seriyasında Mərakeşə məğlub olaraq (0:3) mundialla vidalaşıb.

 

Resim

Xəbər xətti