İspaniyanın "Sevilya" klubunun heyətində ciddi itki baş verib.
Sportal.az xəbər verir ki, Əndəlus təmsilçisinin müdafiəçisi Markao sıradan çıxıb. Ayaq vətərindən zədələnən braziliyalı mərkəz müdafiəçisi əməliyyat olunacaq. 27 yaşlı futbolçu ən azı 3 ay yaşıl meydanlardan uzaq qalacaq.
Qeyd edək ki, "Sevilya" Markaonu mövsümün əvvəlində "Qalatasaray"dan transfer edib. O, La Liqa klubunun heyətində meydana çıxdığı 7 rəsmi matçda qol vurmayıb.
saytlarin hazirlanmasi