Adı Braziliyalı milli komandası ilə hallanan "Real"ın baş məşqçisi Karlo Ançelotti bu mövsu ilə bağlı açıqlama verib.
Sportal.az xəbər verir ki, italiyalı mütəxəssis müqaviləsinin sonuna kimi Madrid klubunda qalacağını deyib:
"Gələcəkdə nələr olacağını bilmirəm. Bu günü yaşayıram. Hazırda Madriddə möhtəşəm vaxt keçirirəm. Bu mövsüm hədəflərimiz çoxdur. Gələcəyimi düşünmək üçün vaxtım olacaq. 30 iyun 2024-cü il tarixinədək "Real"la müqaviləm var. Florentina Peres məni göndərməsə, sözləşməm bitənə qədər buradan getmək fikrim yoxdur".
saytlarin hazirlanmasi