"Atletiko"nun baş məşqçisi Dieqo Simeone komandadan ayrılacağı iddia olunan Joao Felikslə bağlı açıqlama verib.
Sportal.az xəbər verir ki, argentinalı mütəxəssis 23 yaşlı hücumçunun Madrid təmsilçisi üçün önəmli futbolçu olduğunu bildirib:
"Onunla yaxşı münasibətim var. Buraya gələndən bəri heç kimlə problem yaşamamışam. Klub üçün ən yaxşısını etmək üçün səy göstəririk. Belə etməyə də davam edəcəyik. Mənim üçün vacib olan komandadır. Joao da bu komanda üçün önəmli oyunçudur. Dünya çempionatında göstərdiyi performansı burada da göstərsə, yaxşı olar. Komandanın onun bacarıqlarına ehtiyacı var".
Qeyd edək ki, "Atletiko" Joao Feliksi 2019-cu ilin yayında "Benfika"dan transfer edib. Portuqaliyalı futbolçu cari mövsümdə La Liqa klubunun heyətində meydana çıxdığı 18 matçda 4 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi