"Atletiko"da Simeone dövrü bitir

18:56 - 10 Yanvar 2023

İspaniyanın "Atletiko" klubunda Dieqo Simeone dövrü başa çatmaq üzrədir.

 

Sportal.az xəbər verir ki, bu barədə "El Chiringuito TV" məlumat yayıb. Mənbənin iddiasına görə argentinalı mütəxəsis mövsümün sonunda Madrid təmsilçisinin baş məşqçisi postunu tərk edəcək.

 

Qeyd edək ki, Dieqo Simeone 2011-ci ildən "Atletiko"nu çalışdırır. 52 yaşlı məşqçi paytaxt klubu ilə iki dəfə La Liqa çempionu olub, bir dəfə İspaniya Kubokunu, bir dəfə ölkə Super Kubokunu qazanıb. "Atletiko" onun rəhbərliyi altında iki dəfə Avropa Liqası, bir dəfə Avropa Super Kubokunun qalibi olmağı bacarıb.

Xəbər xətti