Sabiq "Barselona"lı həbs olundu

13:25 - 20 Yanvar 2023

"Barselona"nın keçmiş futbolçusu Xavi Torres barədə həbs qərarı verilib.

 

Sportal.az xəbər verir ki, buna səbəb 36 yaşlı yarımmüdafiəçinin oyun alqı-satqısında iştirak etməsidir. 

 

Məhkəmə Xavi Torres barədə 10 aylıq həbs qərarı çıxarıb. O, həmçinin 22 ay müddətinə futboldan uzaqlaşdırılıb. Bundan əlavə ispan futbolçu 400 min avro məbləğinda cərimələnib.

 

Qeyd edək ki, Xavi Torres 2007-2009-cu illərdə "Barselona"nın üzvü olub. Təcrübəli oyunçu hazırda İspaniya II Liqasında mübarizə aparan "Luqo" klubunda çıxış edir.

Xəbər xətti