Təxirə salınan oyunda "Murov" qələbə qazandı

19:20 - 22 Yanvar 2023

Bu gün qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında II turdan təxirə salınan “Murov” - UNEC oyunu keçirilib.

 

Sportal.az xəbər verir ki, Voleybol Mərkəzində baş tutan qarşılaşma Vüqar Əliyevin komandasının üstünlüyü ilə başlayıb. İlk hissədə 25:12 hesabı ilə qalib gələn “Murov” sonrakı setləri də aktivinə yazıb - 25:12, 25:9.

 

Beləliklə, quru hesablı qələbə qazanan "Murov" xallarının sayını 6-ya çatdırıb. II turdan sonra aktivində 6 xalı olan “Azərreyl” və “Murov” turnir cədvəlində 1-ci və 2-ci yerdə qərarlaşıblar. “Abşeron” və UNEC-in isə xalı yoxdur.

 

22 yanvar
Yüksək Liqa (qadınlar)
II tur
“Murov” – UNEC 3:0 (25:12, 25:12, 25:9)

Xəbər xətti