Dani Alveş başqa həbsxanaya köçürüldü

19:30 - 23 Yanvar 2023

Cinsi təcavüzdə ittiham olunan braziliyalı futbolçu Dani Alveş başqa həbsxanaya köçürülüb.

 

Sportal.az xəbər verir ki, 40 yaşlı sağ cinah müdafiəçisinin 3 gündür saxlanıldığı yer dəyişdirilib. Braziliya millisinin üzvü 200 məhkumun saxlanıldığı "Brains 1" həbsxanasından köçürülüb.

 

Təhlükəsizlik, hamam və digər ehtiyacların ümumi olmasına görə Alveş yerinin dəyişdirilməsini istəyib. Nəticədə təcrübəli futbolçu 80 məhkumun olduğu "Brains 2" həbsxanasına köçürülüb. Alveşin yeni həbsxanasında təkadamlıq kameralar var. O, burada həkim, psixoloqla təmin olunacaq, vəkili ilə görüşə icazə veriləcək.

 

Qeyd edək ki, Dani Alveş 20 yanvar tarixində Barselonada gecə klubundan bir qadına cinsi təcavüz etməkdə təqsirləndirilir. Müdafiəçini 4 ildən 12 ilədək həbs cəzası gözləyir.

Xəbər xətti