Azərbaycan çempionatı: III turun oyun cədvəli açıqlandı

19:37 - 25 Yanvar 2023

Kişi voleybolçular arasında Azərbaycan çempionatında növbəti oyunların keçiriləcəyi məkan və vaxt dəqiqləşib.

Sportal.az xəbər verir ki, kişi voleybolçuların Yüksək Liqasında I dövrənin son oyunları yanvarın 26 və 27-də baş tutacaq. Yanvarın 26-da “Neftçi” MOİK-i (saat 18:00) sınağa çəkəcək.

Növbəti gün isə III turun son matçında ”Murov” - “Xarı bülbül” oyunu keçiriləcək. Oyun saat 16:00-da başlayacaq.

Azərbaycan çempionatı
Yüksək Liqa (kişilər)

III tur

26 yanvar


18:00. “Neftçi” - MOİK

27 yanvar

16:00. ”Murov” - “Xarı bülbül” (CBC sport -canlı)

Xəbər xətti