Kişi voleybolçular üzrə Azərbaycan Yüksək Liqasında III tura yekun vurulub.
Sportal.az xəbər verir ki, turun sonuncu oyununda "Murov" "Xarı bülbül"lə üz-üzə gəlib. Qarşılaşma "Murov"un 3:0 (25:11, 25:18, 25:17) hesablı qələbəsi ilə başa çatıb.
Bu nəticədən sonra xallarının sayını 9-a çatdıran komanda liderliyini möhkəmləndirib. "Xarı bülbül" 3 xalla ikinci sıradadır.
saytlarin hazirlanmasi