İspaniyanın "Barselona" klubunda yeni müqavilə qeydə alınıb.
Sportalaz xəbər verir ki, Kataloniya təmsilçisi Markos Alonsonun sözləşməsini uzadıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
32 yaşlı sol cinah müdafiəçisi 2024-cü ilin yayınadək "Barselona"ya məxsus olacaq. Müqavilədə müddətin daha bir il artırılmasına dair bənd var.
Qeyd edək ki, Markos Alonso mövsümün əvvəlində azad agent statusu ilə "Barselona"ya keçib. İspan futbolçu komandanın heyətində meydana çıxdığı 19 rəsmi matçda 2 qol vurub.