"Neftçi"nin təxirə salınan oyununun vaxtı açıqlandı

18:20 - 28 Yanvar 2023

Qadın və kişi voleybolçular arasında Azərbaycan çempionatlarında növbəti oyunların keçiriləcəyi vaxt dəqiqləşib.

Sportal.az xəbər verir ki, qadın voleybolçuların Yüksək Liqasında II dövrəyə yanvarın 30-da start veriləcək. Həmin gün IV tur çərçivəsində “Murov” - “Azərreyl” və UNEC - “Abşeron” matçları baş tutacaq. Görüşlər müvafiq olaraq saat 16:00-da və 18:00-da start götürəcək.

Yanvarın 31-də isə kişi voleybolçuların Yüksək Liqasında II turdan təxirə salınan “Neftçi” - “Xarı bülbül” oyunu keçiriləcək. Bu qarşılaşma isə saat 16:00-da başlanacaq.

Qarşılaşmalar Voleybol Mərkəzində təşkil olunacaq.

Xəbər xətti