Yüksək Liqada turun oyun cədvəli açıqlandı

15:11 - 4 Fevral 2023

Voleybol üzrə qadınlar və kişilər arasında Azərbaycan çempionatlarında növbəti oyunların vaxtı dəqiqləşib.

 

Sportal.az xəbər verir ki, qadınlar arasında Yüksək Liqada 2-ci dövrənin növbəti matçları fevralın 6-da gerçəkləşəcək.

 

5-ci turun saat 16:00-da start götürəcək ilk qarşılaşmasında “Azərreyl” və “Abşeron” komandaları üz-üzə gələcək. Bu görüşdən iki saat sonra “Murov” və UNEC kollektivlərinin dueli baş tutacaq.

 

Fevralın 7-də kişilər arasında Yüksək Liqada 5-ci turun oyunları baş tutacaq. Günün ilk matçı saat 16:00-da “Murov” və MOİK komandaları arasında olacaq. Saat 18:00-da isə “Xarı bülbül” – “Neftçi” qarşılaşması keçiriləcək.

 

Görüşlər Voleybol Mərkəzində təşkil olunacaq.

Xəbər xətti