İspaniyanın "Real" klubunun heyətində itki baş verib.
Sportal.az xəbər verir ki, Madrid təmsilçisinin yarımmüdafiəçisi Eden Azar sıradan çıxıb. Bu barədə "kral klubu"nun mətbuat xidməti məlumat yayıb. Sol dizindən zədə alan belçikalı vinger 4-5 həftə yaşıl meydanlardan uzaq qalacaq.
32 yaşlı futbolçu cari mövsümdə "Real"ın heyətində meydana çıxdığı 7 rəsümi matçda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi