Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında III dövrənin növbəti oyunları keçirilib.
Sportal.az xəbər verir ki, Voleybol Mərkəzində təşkil olunan VIII turun ilk görüşü “Abşeron” və “Azərreyl” komandaları arasında baş tutub. Turnir cədvəlinin lideri “Azərreyl” matçdan qalib ayrılıb. İkinci dövrədə “Abşeron” klubuna 0:3 hesabı ilə məğlub olan Eldar Yusubovun komandası bu matçda qələbəyə sevinib. “Azərreyl” 3:1 (25:16, 25:21, 18:25, 25:22) hesabı ilə “Abşeron”u məğlub edərək aktivinə daha 3 xal yazdırıb.
Turun son matçı isə UNEC və “Murov”komandaları arasında olub. Bu qarşılaşmada qalib 3 setdə müəyyənləşib. “Tələbələr”i 3:0 (25:18, 25:08, 25:10) hesabı ilə məğlub edən Vüqar Əliyevin komandası turu qələbə ilə başa vurub.
VIII turdan sonra “Azərreyl” 20 xalla turnir cədvəlində liderliyini davam etdirir. “Abşeron”un 15, “Murov”un 13
xalı var. Turnir cədvəlində sonuncu pillədə olan UNEC-in isə xalı yoxdur.
VIII tur
“Abşeron” - Azərreyl” 1:3 (16:25, 21:25, 25:18, 22:25)
UNEC - “ Murov” 0:3 (18:25, 08:25, 10:25)

"Azərreyl" və "Murov"dan qələbə
l
Oxşar xəbərlər
Voleybol
"Turan" Çempionlar Liqasının qrup mərhələsində
Voleybol
Azərbaycan təmsilçisi 1/16 finala yüksəldi
Voleybol
Həsən Zeynalov: "Komandamızın ən böyük və xüsusi bir fərqi odur ki..."
Voleybol
Tünzalə Ağayeva bu klubumuz üçün himn yazdı
Voleybol
AFFA ilə tərəfdaş olan şirkət sahibi yeni klub yaratdı
Voleybol
Azərbaycan milli komandası Türkiyəyə qarşı
Voleybol
Azərbaycan millisi Rumıniyanı məğlub etdi
Voleybol
