"Barselona"nın satmaq istədiyi Ansu Fati komandanı tərk etmək niyyətində deyil.
Sportal.az xəbər verir ki, İngiltərə klublarının transfer siyahısında olan 20 yaşlı hücümçu uzun illər Kataloniya təmsilçisində qalmaq istəyir. İspaniyalı futbolçu ona gələn bütün transfer təkliflərini rədd edir. Fati müqaviləsinin sonuna kimi "Barselona"da qalacağını deyib:
"Mənim "Barselona" ilə 2027-ci ilin iyununa qədər müqaviləm var və ümid edirəm ki, daha uzun illər burada qalacağam".
Qeyd edək ki, Ansu Fati "Barselona"nın yetirməsidir. İspaniya millisinin üzvü 2020-ci ildən əsas komandada çıxış edir. O, cari mövsümdə meydana çıxdığı 33 matçda 6 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi