Dani Alveş həbsdə qaldı

14:51 - 21 Fevral 2023

Cinsi təcavüzə görə həbs olunan Dani Alveşin apellyasiya şikayəti təmin olunmayıb.

 

Sportal.az xəbər verir ki, braziliyalı müdafiəçi zamin qarşılığında ev dustaqlığına buraxılması üçün məhkəməyə müraciət edib. Lakin məhkəmə onun tələbini qəbul etməyib və 39 yaşlı futbolçu istintaq dövrü bitənə kimi həbsdə qalacaq.

 

Qeyd edək ki, Dani Alveş 20 yanvar tarixində Barselonada yerləşən gecə klubunda bir qadına təcavüz etməkdə təqsirləndirilir. İspaniya qanunlarına görə onu 1 ildən 12 ilədək həbs cəzası gözləyir.

Xəbər xətti