Serxio Ramos İspaniya milli komandasındakı karyerasını başa vurub.
Sportal.az xəbər verir ki, PSJ-nin futbolçusu qərarını sosial şəbəkə hesabında açıqlayıb. Ramos 36 yaşında milli ilə vidalaşıb.
Serxio Ramos 2005-ci ildən İspaniya yığmasının şərəfini qoruyurdu. O, "qırmızı furya"nın heyətində meydana çıxdığı 180 matçda 23 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb. Təcrübəli futbolçu milli ilə iki dəfə Avropa bir dünya çempionluğu yaşayıb.
saytlarin hazirlanmasi