"Atletiko" İspaniya La Liqasının 23-cü turunda səfərdə "Real"la 1:1 hesablı heç-heçə edib.
Sportal.az xəbər verir ki, Madrid derbisindən sonra qonaqların baş məşqçisi Dieqo Simeone açıqlama verib. Argentinalı mütəxəssis hakim idarəçiliyindən narazı qaldığını bildirib:
"Həmişə eyni şeylər olur. Artıq hakimlərin "Real"a yaxşı davranmasını normal qarşılayırıq. Çünki, bunu normallaşdırdılar. Hamının eyni şərtlərdə mübarizə apara bilməsi üçün bu, doğru deyil. VAR sistemi bəzən işimizə yarayır, bəzən isə əksinə. Amma nə vaxt "Santyaqo Bernabeu"ya gəlsək, VAR əleyhimizə işləyir".
saytlarin hazirlanmasi