"Atletiko"nun zədəli futbolçusu Reynildo Mandavanın durumu bəlli olub.
Sportal.az xəbər verir ki, sağ dizindən zədələnən 29 yaşlı sol cinah müdafiəçisi uzun müddətlik sıradan çıxıb. Çarpaz bağları qopan mozambikli futbolçu 8 ay yaşıl meydanlardan kənarda qalacaq.
Qeyd edək ki, Reynildo Mandava La Liqanın 23-cü turunun "Real"la matçında (1:1) xəsarət alıb.
saytlarin hazirlanmasi