"Barselona" İspaniya Kral Kuboku yarımfinal mərhələsinin ilk görüşündə səfərdə "Real"ı 1:0 hesabı ilə məğlub edib.
Sportal.az xəbər verir ki, Kataloniya təmsilçisinin baş məşqçisi Xavi matçdan sonra açıqlama verib. 43 yaşlı mütəxəssis müdafiədə inamlı oynadıqlarını bildirib:
"Sona qədər mübarizə aparmaq bizim üçün yaxşıdır. Topu özümüzdə saxlaya bilmədik. İkili mübarizələri qazanmaq çətin idi, amma çox yaxşı müdafiə olunduq. Matçı qazandıran müdafiə gücümüz oldu. 1:0 hesabı bizim üçün üstünlük yaradır, amma cavab görüşündə çox yaxşı oynamağa məcburuq. "Real"ı hələ də favorit hesab edirəm".
Qeyd edək ki, komandalar arasında cavab oyunu 5 aprel tarixində "Kamp Nou"da baş tutacaq.
saytlarin hazirlanmasi