Millinin sabiq üzvünün bu kluba keçidi baş tutmadı

18:54 - 8 Mart 2023

"Betis" qış "transfer pəncərəsi" zamanı İskonu transfer etməyə yaxın olub.

Sportal.az "Marca"ya istinadən xəbər verir ki, İspaniya millisinin sabiq üzvü adıçəkilən komanda ilə danışıq aparsa da, sonda bu keçid baş tutmayıb.

Son olaraq "Sevilya"da oynamaq şansı tapmadığına görə ayrılan İskonun adı qışda Almaniyanın “Union Berlin” klubu ilə də, hallanırdı. 

Bu arada, "Betis"in prezidenti Anxel Haro bildirib ki, meneceri qışda İskonun xidmətlərini kluba təklif edib. Ancaq maliyyə məsələlərində razılıq əldə olunmadığına görə, transfer baş tutmayıb. 

Xəbər xətti