Sampaolinin taleyi "Fənərbaxça"dan asılıdır

18:18 - 9 Mart 2023

Uğursuz mövsüm keçirən "Sevilya"nın baş məşqçisi Xorxe Sampaoli istefaya göndərilə bilər.

Sportal.az İspaniya mətbuatına istinadən xəbər verir ki, 62 yaşlı mütəxəssisə 2 matçlıq şans verilib. Əndəlus təmsilçisi Avropa Liqasının "Fənərbaxça", La Liqanın "Almeriya" ilə oyununda uğursuz nəticə göstərsə, argentinalı məşqçi postundan qovulacaq.

Qeyd edək ki, Xorxe Sampaoli 2022-ci ilin oktyabr ayından "Sevilya"nın baş məşqçisidir. Komanda La Liqada 24 turdan sonra 25 xal toplayıb və turnir cədvəlinin 17-ci pilləsində qərarlaşıb.

Xəbər xətti