"Barselona"nın hücumçusu Robert Levandovski açıqlama verib.
Sportal.az xəbər verir ki, polşalı forvard gələcəyi haqda danışıb. 34 yaşlı futbolçu bir neçə ilə Kataloniya təmsilçisində qalmaq istədiyini bildirib:
"Barselona"nın genlərində hər zaman yaxşı futbol oynamaq var. Amma futbol dəyişir. Buna uyğunlaşmaq məcburiyyətindəyik. "Barselona"nın 10 ilcəki sistemi olan "tiki-taka" bu gün işləməyə bilər. Futbolda bir həftəyə və bir aya çox şeyi dəyişmək asan deyil. Səbrli olmaq lazımdır. Hazırda hər şey qaydasında gedir. "Barselona"da nə qədər qalacağımı bilmirəm. Bir neçə il ən üst səviyyədə oynamağa davam etmək istəyirəm. 1-2 il yox, daha çox".
Qeyd edək ki, Robert Levandovski "Barselona"ya mövsümün əvvəlində "Bavariya"dan keçib. Polşa millisinin üzvü İspaniya klubunun heyətində meydana çıxdığı 31 matçda 25 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi