"Barselona" baş məşqçi Xavi ilə müqavilə müddətini artırmağa hazırlaşır.
Sportal.az "Marca"ya istinadən xəbər verir ki, Kataloniya klubunun rəhbərliyi gənc mütəxəssisin müqavilə müddətini 2026-cı ilə qədər uzatmaq istəyir.
Rəhbərlik komandanın nəticələrindən razı qaldığı üçün bu qərara gəlib.
Xavi özü də, “Barsa”da xoşbəxt olduğundan başqa komandaya yollanmaq niyyətində deyil. Onun hazırkı müqaviləsi 2024-cü il iyunun 30-na qədərdir.
saytlarin hazirlanmasi