"Real"ın futbolçusu Eden Hazard Madrid klubundan ayrılmaq fikrində deyil.
Sportal.az “RTBF”ə istinadən xəbər verir ki, belçikalı “kral klubu”nda qalmaq istədiyini bildirsə də, daha çox oyun praktikası qazanmaq niyyətində olduğunu da deyib:
"Real"da qalmaq istədiyimi həmişə demişəm. Ümid edirəm ki, oynayacam, meydanda sübut edə biləcəyəm ki, hələ çox şey var. İnsanlar mənim gücümə şübhə ilə yanaşır, hər şeyi anlayıram. Amma gələn mövsüm də burada qalacam. Transfer söz-söhbətləri indi məni maraqlandırmır.
Düşündüyüm tək şey oynamaqdır. Ona görə də getmək haqda fikirləşmirəm. Mən faydalı ola biləcəyimi başa düşürəm, bunu hiss edirəm. Mənə sadəcə daha çox oyun vaxtı lazımdır. Futbol üçün çox darıxıram, oynamaq, həzz almaq istəyirəm. Məşq yaxşıdır, amma matçlar bizi daha canlı hiss edir. İnanıram ki, məşqçini mənə arxalana biləcəyinə inandıra bilərəm".