"Layiq deyiləmsə, yeni müqavilə imzalamaq istəmirəm"

14:49 - 14 Mart 2023

“Real”ın yarımmüdafiəçisi Dani Sebalyos gələcək karyerası ilə bağlı danışıb.

Sportal.az xəbər verir ki, “Movistar”a danışan ispan futbolçu “kral klubu”nda qalıb-qalmayacağına aydınlıq gətirib:

“Müqaviləmin bitməsinə üç ay qalıb. Lazım olan insanlarla, eləcə də ailəmlə danışacam. Mən zövq almaq istəyirəm. Layiq deyiləmsə, yeni müqavilə imzalamaq istəmirəm”.

26 yaşlı yarımmüdafiəçi "Betis" yetirməsidir. O, 2017-ci ildən "Real"da çıxış edir. 2019/2020 mövsümünü isə "Arsenal"da icarə əsasında keçirib.
 

Xəbər xətti