"Mənim üçün dünyanın ən yaxşı futbolçusu Vinisiusdur"

13:47 - 16 Mart 2023

"Real"ın baş məşqçisi Karlo Ançelotti Çempionlar Liqasının 1/8 final mərhələsinin "Liverpul"la cavab oyunundan (1:0) sonra braziliyalı vinger Vinisius Junioru planetin ən yaxşı futbolçusu adlandırıb.

Sportal.az "Marca"ya istinadən xəbər verir ki, italiyalı mütəxəssis "Vini" barədə bunları deyib:

"Mənim üçün dünyanın ən yaxşı futbolçusu Vinisiusdur. "Liverpul"a qarşı qol vurmadı, amma çox yaxşı oynadı və məhsuldar ötürmə etdi".

Vinisius bu mövsüm “Real”ın heyətində 40 oyuna çıxıb, 19 qol vurub və 10 assist edib. 

Xəbər xətti