"Real"ın baş məşqçisi Karlo Ançelotti İspaniya La Liqasının 26-cı turunun "Barselona" ilə matçından öncə açıqlama verib.
Sportal.az xəbər verir ki, italiyalı mütəxəssis gələcəyi haqda danışıb. 63 yaşlı məşqçi Madrid təmsilçisində qalmaq istədiyini bildirib:
"Ömrümün sonuna qədər burada qalmaq istəyərəm. Bunu dəfələrlə demişəm. Ancaq bu, mənim deməyimlə olacaq iş deyil. Qərarı klub rəhbərliyi verir. Rəhbərlik qalmağımı istəsə, xoşbəxt olaram. 3 ay və ya 3 il, fərq etməz. Nə qədər istəsələr, o qədər qalacağam. Bu mövsüm kubok qazanacağımıza inanıram. Kral Kuboku və La Liqada geridəyik. Amma Çempionlar Liqasında geridə deyilik. Sabah "Barselona" ilə oynayacağımız matçda qələbə qazanıb fərqi azaltmaq istəyirik".
Qeyd edək ki, "Barselona" - "Real" qarşılaşması sabah Bakı vaxtilə saat 23:00-da baş tutacaq.
saytlarin hazirlanmasi