"Barselona"nın baş məşqçisi Xavi Pedrinin İspaniya çempionatının 26-cı turunun "Real"la görüşündə meydana çıxa bilməməsinin səbəbini açıqlayıb.
Sportal.az xəbər verir ki, "Marca"ya danışan gənc məşqçi komandanın aparıcı üzvü barədə belə danışıb:
"Pedri dünənki məşq zamanı zədələndi və indi 10 faiz hazır deyil. Pedrisiz oynayacağımıza görə təəssüflənirəm. Amma onun sağlamlığını riskə ata bilmərik".
Xatırladaq ki, "Barselona" - "Real" matçı bu gün Bakı vaxtı ilə 00:00-da keçiriləcək. Hazırda "Barselona" 65 xalla birinci, "Real" 56 xalla ikincidir.
saytlarin hazirlanmasi