"Barselona" baş məşqçisi Xavi ilə yeni müqavilə imzalamağa hazırlaşır.
Sportal.az “Marca”ya istinadən xəbər verir ki, Kataloniya klubunun rəhbərliyi buna görə 43 yaşlı ispan mütəxəssislə danışıqlara başlayıb.
Rəhbərlik onun müqavilə müddətinin bir il daha uzadılmasını istəyir. Xavinin "Barselona" ilə hazırkı müqaviləsi 2024-cü ilin yayına kimi nəzərdə tutulub.